24 C
Baku
Thursday, April 18, 2024

Fransa yaxın vaxtlarda səfirliyini Lvovdan Kiyevə qaytaracaq

↓Müharibə başladıqdan sonra Lvova köçürülən Fransanın Ukraynadakı səfirliyi yaxın vaxtlarda Kiyevdə fəaliyyətini bərpa edəcək.

TASS xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-İv Le Drian ukraynalı həmkarı Dmitri Kuleba ilə telefon danışığı zamanı deyib.

Nazir Jan-İv Le Drian ukraynalı həmkarını Fransanın dəstəyi ilə bağlı məlumatlandırıb.

Qeyd edək ki, bu gündən Moldova səfirliyi də Lvovda bir neçə həftə qaldıqdan sonra Ukraynanın paytaxtında fəaliyyətini bərpa edir.

Son xəbərlər
Digər xəbərlər