6 C
Baku
Sunday, December 15, 2024

Fransada elektromobil batareyaları müəssisələri tikiləcək

“Renault Group” şirkəti elektromobil batareyalarının hazırlanaraq istehsal olunmasına dair iki tərəfdaşlıq sazişi imzalayıb.

CNBC xəbər verir ki, şirkətin açıqlamasında Çinin “Envision AESC” şirkətilə birgə Fransanın Nord departamentindəki Duai şəhərində bu cür müəssisə tikiləcəyi bildirilir. Belə ki, həmin müəssisənin istehsal gücü 2024-cü ilədək 9 gVt/saat, 2030-cu ilədək də 24 gVt/saat təşkil etməlidir.

Bununla yanaşı, “Renault” Fransanın “Verkor” şirkətinin 20 faizlik pay əldə etməsilə bağı anlaşma memorandumu imzaladıqlarını da bildirib. “Verkor”un açıqlamasında 2023-cü ildə tikintisi başlanacaq müəssisənin istehsal gücünün ilkin olaraq 16 gVt/saat, 2030-cu ilədək isə 50 gVt/saat həcmində olacağı bildirilir ki, “Renault”un payı müvafiq olaraq 10 və 20 gVt/saat olacaq.

“Renault Group” həmçinin yeni batareyalar hazırlayacaq elmi tədqiqat mərkəzinin yaradılması planlarını da həyata keçirmək niyyətindədir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər