1 C
Baku
Saturday, December 14, 2024

Fransada enerji böhranı sahibkarlıq subyektlərini məhv edir

Fransada enerji böhranı çörəkxanaları fəlakətli vəziyyətə salıb. Çörəkxanalarda elektrik qiymətinin həcmi 10, hətta 15 dəfə artıb və onlar bağlanmaq təhlükəsi ilə üzləşiblər. Kiçik və orta sahibkarlıq subyektləri məhv olmaqdadır.

Dekabr ayının elektrik qaimələri çörəkbişirənləri çətin vəziyyətə salıb. Oradakı rəqəmlər çörəkxanaları bağlanma təhlükəsi ilə üz-üzə qoyub. Belə ki, çörəkxanaların dekabr ayında elektrik enerjisi üçün ödədikləri 1600 avro yanvar ayında 15 avroya yüksələcək. Hətta bəzi restoran sahibləri elektrik xərclərinin 22 dəfə artdığını bildirirlər. Son həftələr ərzində elektrik enerjisinin qiymətinin sürətli artımı sadaladığımız sahələrə ağır zərbə vurub. İlin xüsusilə bu gərgin vaxtında çörəkçilərin bəziləri artıq fəaliyyətlərini davam etdirə bilmir və işçilərini ixtisar etmək məcburiyyətində qalırlar. Onlar xammalın (yağ, yumurta, un) və enerjinin qiymətindəki artımın qarşısında tab gətirə bilmirlər.

Föşörol (Feucherolles) kommunasındakı çörək zavodu elektrik haqqının ayda 3000 avrodan 30 min avroya qədər, yəni, 10 dəfə artması ilə üzləşib. Morbihan, Landol şəhərlərində isə çörək zavodlarının oktyabr ayından dörd dəfə artmış elektrik haqqı, eləcə də xammalın bahalaşması onların iflasına aparır. Şimalda Burqell kəndində çörəkxananın elektrik haqqının 1800 avrodan 6000 avroya yüksəldiyi bildirilir. Yanvar ayı üçün elektrik haqqının 6000 avronu keçməsinin qarşısını almaq üçün bu çörək zavodu yalnız həftə sonları işləməyə qərar verib. Bu vəziyyət, ümumiyyətlə, sənətkarlar üçün də təhlükəlidir. Hökumətin isə kiçik sahibkarları müdafiə etmək iqtidarında olmadığı aşkar görünür.

Sahibkarlar hökuməti təcili tədbirlər görməyə, bunun üçün Avropa ölkələrindən nümunə götürməyə və enerji qiymətlərini sabitləşdirməyə çağırırlar. Əks təqdirdə, 33 min çörək zavodunun, elə bir o qədər də özəl çörəkxananın bağlanacağı ehtimal olunur.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər