23 C
Baku
Thursday, April 25, 2024

Fransada qapalı məkanlarda maska və peyvənd tələbi aradan qaldırılıb

Fransa mətbuatında yayılan xəbərlərə görə, yoluxma sayının aşağı düşdüyü Fransada ictimai nəqliyyat və səhiyyə müəssisələri istisna olmaqla, bütün qapalı məkanlarda maska taxmaq və peyvənd məcburiyyəti aradan qaldırılıb.

Fransada 28 fevralda kafe, restoran, muzey, teatr və kinoteatrlar kimi peyvənd kartı tələb olunan bir çox qapalı məkanda maska taxmaq məcburiyyətinin aradan qaldırılacağı açıqlanmışdı.

Ölkədə 25 yanvarda 501 min 635 yoluxma ilə ən yüksək yoluxma sayı qeydə alınmışdı. Dünən isə 24 saatda 60 min 422 yoluxma qeydə alınıb.

Pandemiyanın əvvəlindən bu yana Fransada 23.5 mln.-dan çox insan COVID-19-a yoluxub, 140 min 109 nəfər bu virusa görə həyatını itirib.

Banker.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər