Fransanın paytaxtı Paris şəhərinin şərqində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.
Bu barədə Frans Press Agentliyi məlumat yayıb.
Qeyd edilir ki, hadisə Sen-Patyu kommunasında baş verib.
Belə ki, təlimi uçuşu həyata keçirən təyyarə tarlaya düşüb. Nəticədə dörd nəfər həlak olub.
Hadisə yerində xilasetmə xidməti cəlb edilib. Polis faktla bağlı araşdırmaya başlayıb.