Fransanın baş naziri Yen Kastex istefa verməyi planılaşdırır.
Bu barədə mənbələrə istinadən BFM telekanalı məlumat yayıb.
Qeyd olunur ki, o, istefa ərizəsini bu gün Fransa prezidenti Emmanuel Makrona təqdim edəcək.
Fransanın hökumət başçısı vəzifəsinə mümkün namizədlər siyahısında ən azı beş nəfərin adı var. Fransız ekspertlər hazırkı əmək, məşğulluq və inteqrasiya naziri Elizabet Bornu bu vəzifəyə əsas namizədlərdən biri hesab edir.