8 C
Baku
Thursday, December 12, 2024

Fransanın müvəqqəti işlər vəkili Türkiyə XİN-ə çağırılıb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin Parisdəki Baş konsulluğuna bomba atılmasına münasibət bildirib.

Çavuşoğlu Fransa dövlətini hücumu təşkil edənlər barədə dərhal müvafiq tədbir görməyə çağırıb.

XİN rəhbəri diqqətə çatdırıb ki, Fransa Prezidenti Emmanuel Makronun müşaviri Türkiyə səfiri ilə əlaqə saxlayıb.

Çavuşoğlu qeyd edib ki, bu məsələdə konkret addımlar görmək istəyirlər: “Fransa səfiri Ankarada olmadığı üçün müvəqqəti işlər vəkili Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb. Fransalı diplomata gözləntilərimizi açıq şəkildə bildirdik”.

Xatırladaq ki, Türkiyənin Parisdəki Baş konsulluğuna bomba atılıb. Hadisə nəticəsində konsulluğun divarları zədələnib, şüşələr sınıb. Hadisə zamanı zərər çəkən olmayıb.

Hadisəyə görə heç kim məsuliyyəti üzərinə götürməyib. Polis hücumu törədənləri axtarır.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər