Fransanın səlahiyyətliləri hava yolu biletlərinə yeni vergi tətbiq ediblər

0

Fransanın Nəqliyyat naziri Elizabeth Bourne, 2020-ci ildən ölkədən çıxan bütün təyyarələrin uçuşlarına ekoloji vergi tətbiq etmək niyyətini açıqlayıb.

Banker.az xəbər verir ki, bu haqda Bourne 9 iyul tarixində keçirilən konfransda danışıb. Fransadan uçuşlar üçün aviabiletlərin qiymətinə daxil ediləcək verginin miqdarı uçuşların sinifinə və məsafəsinə görə dəyişəcək. Fransa və Avropa İttifaqı daxilində ekonom və biznes klass biletlərin qiymətinə 1,5-9 avro, Avropa İttifaqından kənar uçuşlara isə 3-18 avro əlavə olunacaq.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Fransa rəsmisinin verdiyi məlumata görə, yeni vergi səlahiyyətlilərə təxminən 180 milyon avro (202 milyon dollar) cəlb etməyə imkan verəcək, bu vəsait Fransanın  infrastrukturunun yaxşılaşdırılmasına, xüsusilə də vergidən alınan vəsaitlərin həcminin artırılmasına yönəldiləcək.

Ekoloji verginin tətbiqi ilə əlaqədar olaraq, Avropa aviaşirkətlərinin kotirovkalarından azalma müşahidə olunub: “Air France” səhmləri 3%, “Lufthansa” səhmləri 2%, “Ryanair” səhmləri isə 4% düşüb.

“Air France” aviaşirkəti yeni tədbirlərə qarşı çıxıb, belə ki, ekoloji vergi şirkətin rəqabət qabiliyyətinə mənfi təsir göstərərək ildə 60 milyon avro zərər verəcək.