24 C
Baku
Monday, April 29, 2024

Fransanın XİN rəhbəri ilk səfərini Kiyevə edib

Fransanın xarici işlər naziri Katrin Kolonna ilk işgüzar səfərini Kiyevə edib.

Bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, Kolonnanın ukraynalı həmkarı Dmitri Kuleba və prezident Volodimir Zelenski ilə görüşlər planlaşdırılır.

“Avropa və xarici işlər naziri Katrin Kolonna bu gün Ukraynaya, Kiyevə ilk səfərini edəcək. Nazir bu səfərlə Fransanın Ukrayna xalqı ilə həmrəyliyini və humanitar və maliyyə şərtləri və müdafiə ləvazimatlarının tədarükündə Ukraynaya dəstəyi artırmaqda tam qətiyyətini nümayiş etdirmək istəyir…”, – Fransa Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Qeyd olunur ki, Kolonna Buça şəhərinə səfər edəcək və Parisin göndərdiyi mülki təhlükəsizlik texnikasını (yanğınsöndürən maşınlar və təcili yardım maşınları) Ukrayna hakimiyyətinə təhvil verəcək.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər