9 C
Baku
Thursday, December 12, 2024

Fransız alimlər: koronavirus daşıyıcısı olan məktəblilər yoluxucu deyillər

Fransız alimlər, COVID-19 virusuna yoluxmuş məktəblilərin çox güman ki, virusu yayması mümkün olmadığını söyləyiblər. Belə ki, onların əksəriyyəti məktəbdə deyil, evdə öz valideynlərindən yoluxurlar.

Banker.az xəbər verir ki, bu barədə Paster institutunun məruzəsinə istinadən “Bloomberg” məlumat verib.

Qeyd edildiyi kimi, institut Fransanın Krepi-an Valua şəhərində koronavirusun yayılmasında uşaqların rolu ilə əlaqədar araşdırma aparıb. Epidemioloji araşdırmada 1340 məktəbli iştirak edib, onlardan 10%-dən çoxu (139 nəfər) koronavirus daşıyıcısı olub. Lakin buna baxmayaraq, araşdırma zamanı virusun digər məktəblilərə və ya müəllimlərə ötürülməsi müşahidə edilməyib. Alimlər belə nəticəyə gəlirlər ki, uşaqlar koronavirusa məktəbdə deyil, əsasən evdə yoluxurlar: yoluxmuş uşaqların 60%-dən çoxunda valideynlərinin də koronavirus daşıyıcısı olduğu üzə çıxıb.

“Ümumiyyətlə, bu nəticələr 6-11 yaşda olan uşaqların evdə yoluxma ehtimalını araşdıran digər ölkələrin tədqiqatçılarının nəticələri ilə müqayisə edilə bilər”, – deyə məruzənin epidemioloqlarından biri Arno Fontanet bildirir. Onun sözlərinə görə, Paster institutunun araşdırması kifayət deyil və bu nəticələr digər tədqiqatlarla təsdiqlənməlidir.

Buna baxmayaraq, Paster institunun bu araşdırması, uşaqların daha az yoluxucu olduqlarını və Covid-19 xəstəliyini simptomsuz keçirdiklərini təsdiq edir. Bütün bunlar pandemiyanın təkrarlandığı təqdirdə, hansı fəaliyyət sahələrinin açıq, hansıların isə bağlı olmalı olduğunu göstərir.

Son xəbərlər
Digər xəbərlər