2 C
Baku
Saturday, December 14, 2024

FT: Azərbaycan 2 milyard dollarlıq bond buraxır

“Ölkə çətinliklərin öhdəsindən uğurla gəlir”.

Azərbaycan özünün əsas enerji layihəsi olan “Cənub Qaz Dəhlizinə” maliyyələşdirmə cəlb etmək üçün cümə axşamı investorlarla görüşməyi planlaşdırır.

Oxu.Az xəbər verir ki, bu barədə Financial Times məlumatlı mənbəyə istinadən xəbər yayıb.

FT qeyd edir ki, “Cənub Qaz Dəhlizi” qaz kəmərləri sistemi layihəsinin operatoru – Azərbaycanın “ “Southern Gas Corridor Company” (SGCC) dövlət şirkətinin nümayəndələri bu gün 2 milyard dollarlıq borc öhdəliklərinin buraxılışı çərçivəsində investorlarla görüşlərə başlayacaqlar.

Azərbaycan Nazirlər Kabinetinin 7 mart 2016-cı il tarixli qərarı ilə dövlət zəmanətli istiqrazlar, beynəlxalq maliyyə bazarlarında istiqrazların yerləşdirilməsi üzrə səlahiyyətlər “Citi Bank”, “UniCredit” və “JP Morgan”a verilib.

“Lazard Freres SAS” şirkəti Azərbaycan tərəfdən maliyyə müşaviri rolunda çıxış edəcək.

FT qeyd edir ki, Azərbaycan əvvəllər yalnız bir dəfə suveren bondların buraxılışını həyata keçirib. 2014-cü ildə baş vermiş bu hadisə zamanı 10 illik kağızlar bazara çıxarılmışdı. Yanvar-fevralda neftin qiymətinin çoxillik minimumlara düşməsi fonunda onların gəlirliliyi 1 faiz bəndi – 6,7%-dək artsa da, sonradan 5,7% həddinə qayıdıb.

Buna baxmayaraq, “Aberdeen Asset Management”in investisiyalar üzrə eksperti Entoni Simont bəyan edib ki, ölkə investisiyalar üçün cəlbedici obyekt qismində nəzərdən keçirilir.

“Azərbaycan neftin qiymətinin düşməsi ilə əlaqədar olan çətinliklərin öhdəsindən uğurla gəlir”, – deyə, o, bildirib.

“Onun (Azərbaycanın – red.) reytinqləri agentliklər tərəfindən investisiya səviyyəsindən yüksək gəlirli statusadək azaldılsa da, lakin ölkənin təhlükəsizlik yastığını təmin edən suveren fondu var. Biz düşünürük ki, neftin qiyməti hazırkı səviyyədə – 1 barelə görə 35-40 dollar səviyyəsində sabitləşərsə, o zaman ölkədə hər şey qaydasında olacaq”, – deyə, ekspert vurğulayır.

Son xəbərlər
Digər xəbərlər