Avropa İttifaqı rəhbərliyi üz tanıması texnologiyalarından istifadə və bu zaman məlumatların əldə edilməsi üzrə sərt tələblər tətbiq etmək niyyətindədir.
“Kommersant”a istinadən, bu barədə “Financial Times” nəşri Avropa Komissiyasındakı yüksək rütbəli mənbələrinə istinadən məlumat yayıb.
Bu cür tələblərin məqsədi şirkətlər və dövlət orqanları tərəfindən üz tanıması texnologiyalarının ayrı-seçkilik edilmədən istifadəsidir.
Bildirilir ki, işlənib hazırlanmaqda olan qanunvericilik çərçivəsində Aİ ölkələrinin vətəndaşlarına bu cür texnologiyalardan kimin, necə və nə vaxt istifadə etməsini bilmək üçün ən geniş səlahiyyətlər veriləcək. Aİ səlahiyyətliləri artan ictimai narahatlıq səbəbindən bu cür texnologiyaların istifadəsi sahəsində qanunvericiliyin hazırlanmasına xüsusi diqqət yetirirlər: bir çox hüquq müdafiəçiləri üz tanıması texnologiyalarının səlahiyyətlilərə və ya şirkətlərə vətəndaşların olduğu yerləri izləmək, o cümlədən total izlənməni həyata keçirmək üzrə son dərəcə geniş imkanlar verəcəyindən narahatdırlar.
Qeyd edək ki, daha əvvəl noyabrın 1-də Avropa Komissiyasının sədrliyini qəbul edəcək Ursula fon der Lyayen vəzifəsinin ilk 100 günündən gec olmayaraq belə qanunvericiliyin tətbiq ediləcəyinə söz verib. O qeyd edib ki, bu qanunvericilik süni intellektdən istifadənin etik və humanist aspektlərinə koordinasiya edilmiş Avropa yanaşmasını təmin etməlidir.
Report