12 C
Baku
Saturday, May 18, 2024

FTX kriptovalyuta birjasından müəyyən edilməmiş şəraitdə 662 milyon dollar çıxarılıb

Müflis olduğunu elan edən kriptovalyuta birjası FTX naməlum şəraitdə bir gündə 662 milyon ABŞ dolları itirib.

Bu barədə şirkət nümayəndəsinə istinadən Bloomberg məlumat yayıb.

Onun sözlərinə görə, FTX pul kisələrindən qeyri-normal pul hərəkəti ilə qarşılaşıb. O qeyd edib ki, rəhbərlik icazəsiz əməliyyatlardan dəyən zərəri azaltmaq üçün aktivləri oflayn saxlama sisteminə köçürmək üçün səylər göstərir.

Agentlik qeyd edir ki, ümumilikdə 24 saat ərzində qeyri-müəyyən şəraitdə FTX cüzdanlarından təxminən 662 milyon ABŞ dolları çıxarılıb.

Qey edək ki, böyük kriptovalyuta birjası olan FTX likvidlik böhranı ilə üzləşdiyindən ABŞ-da iflas olduğunu elan edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər