Quru sərhədlərin bağlı olması turizmə təsir edir, lakin sərhədlərin tamamilə açılmasında risklər mövcuddur.
Bunu açıqlamasında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.
O bildirib ki, Azərbaycanın quru sərhədlərinin bağlı olması sırf ölkəmizlə əlaqəli məsələ deyil:
“Azərbaycan 60-dan çox ölkə ilə sərhədləri açıb. Problem ondadır ki, digər ölkələrdə yoluxanların sayı artıb və həmin ölkələrdən giriş-çıxışda məhdudiyyətlə tətbiq olunur”.
Fuad Nağıyevin sözlərinə mövcud səbəblərdən dolayı dövlət hansı risklərin qayıda biləcəyini hesablayır:
“Biz Dövlət Turizm Agentliyi olaraq istərdik ki, ölkəyə daha çox turist gəlsin. Lakin biz bilməliyik ki, hansı risklərlə qarşılaşa bilərik. Məsələn, biz Gürcüstanla quru sərhədləri açsaq, yoluxan və ölüm faktı çoxalacaqsa bu dövlət üçün risk kəsb edəcək. Hazırda Gürcüstanda yoluxma sayı çoxdur”.
Agentlik sədri qeyd edib ki, dövlət ilk olaraq öz vətəndaşlarını qorumağı düşünür və müvafiq proses ardıcıl olaraq aparılmalıdır.