23 C
Baku
Friday, April 19, 2024

Fumio Kisida Yaponiyanın yeni Baş naziri seçilib

Yaponiyanın hakim Liberal Demokrat Partiyasının (LDP) yeni lideri ölkənin keçmiş xarici işlər naziri Fumio Kisida seçilib.

Banker.az xəbər verir ki, cənab Kisida Baş nazir vəzifəsində Yoşihide Suqanı əvəz edəcək.

Verilən məlumata görə, Kisida ikinci turda 427 səsdən 257-ni qazanıb. Partiya sədri postu uğrunda həmçinin Yaponiya Xarici İşlər və Müdafiə Nazirliyinin keçmiş rəhbəri Taro Kono da mübarizə aparıb. O, 170 səs toplayıb.

Sentyabr ayında Yoşihide Suqa koronavirusun yayılması ilə mübarizə tədbirlərinə diqqət etmək niyyətində olduğunu açıqlayıb.

Son xəbərlər
Digər xəbərlər