8 C
Baku
Sunday, December 22, 2024

Funt sterlinq dollara qarşı 1985-ci ildən bəri minimuma düşüb

Dolların digər valyutalara nisbətdə məzənnəsi artmağa başlayıb, avro və funt sterlinq isə əksinə ucuzlaşır. Hərracların açılışında avro $0.9881/€ səviyyəsinə düşüb ki, bu da 2002-ci ilin dekabrından bəri ($1.1443/ £) ən aşağı göstərici olub.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Səhər saat 9:00-a olan məlumata görə, avro dollara nisbətdə 0.9896$/€ səviyyəsində ticarət olunur. Dollar yen qarşısında 140.38 yenaya yüksəlib. Funt 1.1443$/£ səviyyəsinə düşüb, son 37 ilin ən aşağı səviyyəsidir.

Avqustun sonunda avro dollara nisbətdə 0.7% ucuzlaşaraq son 20 ilin ən aşağı səviyyəsinə çatıb. Yayın son həftəsində avro bahalaşmağa başlayıb. Bu gün, sentyabrın 5-də Avropada qazın qiyməti də kəskin artmağa başlayıb – ticarətin açılışında onun qiyməti 30%-dən çox artıb. “Şimal axını”nın tamamilə dayandırılması fonunda qazın qiyməti qalxır.

Son xəbərlər
Digər xəbərlər