Nazirlər Kabineti Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planını təsdiq edib.
Banker.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərar “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanunun tətbiqi barədə” Azərbaycan Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 4.2-ci bəndinə əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təklifi nəzərə alınaraq qəbul edilib.