25 C
Baku
Saturday, April 20, 2024

Gələcəyin “Uçan taksi”si- 2025-ci ilə kimi istifadəyə veriləcək

Uçan taksilər dünyanın müxtəlif iri şəhərlərində 2025-ci ilə kimi istismara veriləcək.

Bu haqda “Lilium” uçan aparatını istehsal edən şirkətin rəsmi nümayəndəsi Oliver Volker-Cons “RİA Novosti”yə verdiyi açıqlamada bildirib.

“2025-ci ildə dünyanın bir neçə şəhərində  istismara start verməyi planlaşdırırıq. Habelə bəzi yaşayış məntəqələrində xidmət daha erkən işə salınacaq. Müxtəlif şəhər hökumətləri bizim layihəyə böyük maraq göstərir. Hələ ki, uçan taksi xidmətlərini harada göstərəcəyimizi müəyyənləşdirməmişik”, -deyə rəsmi nümayəndə bildirib.

O həmçinin bildirib ki, aerotaksi analoji məsafələrə sərnişindaşıma üzrə digər nəqliyyat vasitələrinə qiymətdə rəqabət yarada biləcək.

Bundan əvvəl Münhenin “Lilium” startap şirkəti uçan taksinin prototipinin uğurlu sınaqlarını gerçəkləşdirib. Aparat 36 elektrik reaktiv mühərriklə təchiz olunub. Bu uçan aparatın şaquli şəkildə qalxıb enməsinə imkan verir. 

Beş oturacaqlı aerotaksinin sükanı, quyruq hissəsi və propellerləri yoxdur. “Lilium” 300 kilometrə qədər sürət yığa bilir, bir uçuşa maksimum 300 kilometr məsafəni qət edə bilir.

Встроенное видео
©Oxu.az
Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər