16 C
Baku
Thursday, May 2, 2024

“Gəncə Avtomobil Zavodu” Gürcüstana bir neçə traktor satıb

Bu günə qədər “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi Gürcüstana ümumi dəyəri 375 min manat olan bir neçə traktor satıb.

Bu barədə açıqlamasında müəssisənin Mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov bildirib.

“Gürcüstanda Azərbaycan traktorlarına maraq böyükdür. Hazırda qonşu ölkədə müəssisəmizin nümayəndəliyi fəaliyyət göstərir”, – o qeyd edib.

Xatırladaq ki, “Gəncə Avtomobil Zavodu”nun əsası 1986-cı ildə qoyulub. İstehsalat Birliyi 1989-cu ildə istismara verilməli olsa da, SSRİ-nin dağılması onun tikintisini yarımçıq qoyub və nəzərdə tutulandan 15 il sonra – 2004-cü ildə zavod işə düşüb. Onun istehsal gücü ildə 30 min ədəd orta tonnajlı avtomobildir.

MənbəReport.az
Son xəbərlər
 ⁠
Digər xəbərlər