3 C
Baku
Monday, March 4, 2024

Gənc lizinq şirkətinin sədri orada pay alıb – Əsas səhmdar isə payını artırmaqdadır

Azərbaycanda maliyyə lizinqi bazarında fəaliyyət göstərən “Legion Financial” ASC-nin əsas səhmdarı şirkətdəki payını bir qədər də yüksəldir.

Banker.az-ın əldə etdiyi sənədə əsasən, Turan İsmayılov “Legion Financial” ASC-dəki payı son rübdə 48.79%-dən 55.56%-ə qədər artıb. Yeni səhmlərin buraxılışı ardından isə onun payı 57.91 %-ə çatacaq.

İkinci payçı Rahim Süleymanlı payı isə 34.98%-dən 23.93%-ə düşüb, lakin növbəti səhm alışları BFB-də baş tutarsa, o payını artıraraq 24.94%-ə qaldıra bilər.

2023-cü ilin sentyabrından şirkətin icra orqanına rəhbərlik edən digər səhmdar Böyükağa Məmmədovun payı 5.77%-dir. O bu payı Rövşən Soltanovdan satın alıb. Yeni səhm buraxılışından sonra onun payı 6.01%-ə yüksələcək.

Xatırladaq ki, “Legion Financial” ASC 2020-ci ildə yaradılıb, 2.245 mln. manat nizamnamə kapitalı var. ASC maliyyə lizingi bazarında rəqabət aparır. Maliyyə lizinqin xidmətində əmlakın uzun müddətli icarəyə verilməsi və müqavilə müddəti sonunda bu əmlakın lizinqalanın mülkiyyətinə verilməsi nəzərdə tutulur. Bu növ lizinq xidməti Azərbaycanda geniş tətbiq olunur və lisenziyalaşdırılan fəaliyyət növlərinə aid edilməyir.

Onunla bağlı emisya prospektində deyilir ki, maliyyə lizinqi bazarında nəzarətedici orqan olmadığından və müvafiq statistik məlumatların məcmuəsi dərc edilmədiyindən bazarın ümumi həcmi haqqında məlumat mövcud deyil.

Banklar və bank olmayan kredit təşkilatları da bu fəaliyyət növü ilə məşğul olma hüququna malikdirlər və rəqabətin iştirakçılarıdırlar.

Son xəbərlər
Digər xəbərlər