15 C
Baku
Friday, April 26, 2024

Gələcəyin qəpikləri necə olacaq?

Kolleksiya üçün nəzərdə tutulmuş qəpiklərin üzərində robotları və virtual reallığı görmək mümkün olacaq. Niue adası (Yeni Zellandiya ilə müstəqil qarşılıqlı münasibətdə olan dövlət birliyi) “Gələcəyin şifrəsi” adlı kolleksiya üçün nəzərdə tutulmuş qəpik seriyası buraxacaq.

Seriyanın ilk qəpikləri süni intellektə həsr edilib və dahi elmi-fantastik filmlərin motivlərinə əsaslanıb. Qəpiyin nominalı 2 dollardır. Buraxılan digər qəpiklər üzərində virtual və əlavə reallığı, həmçinin robotları əks etdirəcək.

Qəpiyin əsas üzündə gələcərin şəhəri fonunda kraliça II Yelizavetanın portreti təsvir olunub. Qəpiyin digər üzündə isə əlində Yür kürəsini tutmuş antropomorg robotun silueti yer alıb. Bundan əlavə, yenilikçi təəssürat bağışlamaq üçün qəpiklər hazırlanarkən fluoresent boyadan istifadə olunub və qəpik gümüşdən hazırlanıb.

Qəpiklərin zərb edilməsi ilə isə Polşa zərbxanası məşğul olub. Ümumilikdə 500 belə qəpik zərb edilib. Hər birinin dəyəri 226,9 dollardır. Beynəlxalq çatdırılma isə pulsuz həyata keçirilir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər