17 C
Baku
Monday, April 29, 2024

Gələn ay daha 12 yataq hərraca çıxarılacaq

“2021-ci ildən etibarən yer təki sahələri hərrac vasitəsilə istifadəyə verilib”.

Bunu Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev jurnalistər üçün keçirilən brifinqdə deyib.

O bildirib ki, 2021-ci ildə 84 yataq sahəsi, 2022-ci ildə isə 92 yataq sahəsi üzrə hərrac keçirilib:

“Hərracların keçirilməsində məqsəd ölkənin tikinti materiallarına olan daxili tələbatın ödənilməsi və bu sahədə azad rəqabət mühitinin formalaşdırılmasıdır. 90 qum-çınqıl, 56 əhəng-mişardaşı, 11 qum yağı, 5 gil yatağı və s. hərrac vasitəsilə istifadəyə verilib. 2023-cü ildə 8 yataq sahəsində hərrac keçirilib, fevral ayının 15-də daha 12 yataq sahəsində hərracın keçirilməsi planlaşdırılır”.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər