10 C
Baku
Sunday, May 19, 2024

Gələn aydan Bakıdan Şarm Əl-Şeyxə birbaşa reys açılır

Martdan etibarən Bakıdan Şarm Əl-Şeyxə birbaşa reys açılacaq.

Bunu  Misirin Azərbaycandakı səfiri Adel İbrahim deyib.

Məlumata görə, reyslər ilk olaraq həftədə bir dəfə baş tutacaq, daha sonra isə həftədə iki dəfəyə çatdırılacaq.

Qeyd edək ki, reyslərin “Boeing 757-200” təyyarələri ilə 3,5 saat müddətində həyata keçiriləcəyi gözlənir.

Xatırladaq ki, Bakı-Şarm Əl-Şeyx reysi 2019-cu ilin yayında “SCAT Airlines” aviaşirkəti tərəfindən açılıb. Daha sonra isə pandemiya səbəbindən reys dayandırılıb.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər