23 C
Baku
Saturday, April 27, 2024

Gələn ayın sonundan ölkə üzrə taxıl yığımına başlanılacaq

May ayının sonunda ölkə üzrə taxıl yığımına başlanılacaq. Bunu “Pandemiya zamanı və sonrakı dövrdə ərzaq təhlükəsizliyi” mövzusunda keçirilən online görüşü zamanı Kənd Təsərrüfatı Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin protokol sektor müdiri Toğrul Qafarbəyli deyib.

Onun sözlərinə görə, hazırda taxıl əkini sahəsi 1 milyon hektardan çoxdur ki, bunun 369 min hektarı arpa, 641 min hektarı isə taxıldır.

“Ötən ilə nisbətən əkin sahələri, kombaynların sayı artıb, yığım prosesi isə avtomatlaşdırılıb. Belə ki, ümumilikdə taxıl yığımına 1700 ədəd kombayn cəlb olunacaq. Onlardan 728-i “Aqrolizinq” tərəfindən verilir. Yığımla bağlı əlavə olaraq 125 yeni kombayn alınacaq. Düzgün lokalizasiya və arialların düzgün bölünməsindən sonra kombaynların iş prosesi qurulacaq və qısa müddətdə, vaxtına uyğun olaraq məhsul yığılacaq”, – deyə T. Qafarbəyli qeyd edib.

MənbəAPA
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər