7 C
Baku
Thursday, December 12, 2024

Gələn il “Araz Vadisi İqtisadi Zonası”nda yeni müəssisələr fəaliyyətə başlayacaq

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında 2024-cü ildə fəaliyyətə başlaması planlaşdırılan iki müəssisə tərəfindən ümumilikdə Sənaye Parkına 11 milyon manatdan çox investisiyanın yatırılması 150-dək iş yerinin yaradılması nəzərdə tutulur.

İZİA-dan verilən məlumata görə, 2024-cü ilin oktyabrında fəaliyyətə başlaması planlaşdırılan “İmprotex Qarabağ Sənaye Kompleksi” MMC Sənaye Parkının 5 hektar ərazisində minatəmizləyən, xüsusi təyinatlı texnika və metal məmulatların istehsalını həyata keçirəcək müəssisənin qurulması istiqamətində artıq işlərə başlayıb. Hazırda ərazidə planlama, qazma işləri görülür.

İnvestisiya həcmi 7,4 milyon manat olan müəssisədə 124 nəfərin işlə təmin edilməsi nəzərdə tutulur.

Müəssisədə 2 model minatəmizləyən texnikanın (piyada əleyhinə minatəmizləyən “Revival P” və Revival T” tank əleyhinə minatəmizləyən texnikaların) istehsalı həyata keçiriləcək. Eyni zamanda zavodda bu texnikalara servis xidməti də fəaliyyət göstərəcək. Müəssisədə ildə 100 ədəd minatəmizləyən texnikaların istehsalı planlaşdırılır. İstehsal olunacaq texnikalar işağldan azad edilmiş ərazilərdə istifadə edilməklə yanaşı, ixracı da həyata keçiriləcək.

 

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər