“Gələn il Azərbaycan və Pakistan arasında birbaşa sərnişin aviareysləri açılacaq. Bu, ikitərəfli ticari-iqtisadi, habelə iki ölkənin insanları arasındakı əlaqələrin güclənməsinə kömək edəcək”.
Bunu Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Ticarət və Sənaye Palatasında işgüzar dairələrin toplantısında deyib.
O, həm də pakistanlı biznesmenləri Azərbaycanda informasiya texnologiyaları, proqram mühəndisliyi, turizm və digər potensialı yüksək olan sektorlara investisiya yatırmağa çağırıb.
©APA-Economics