2025-ci ildə Azərbaycanda istehlak səbətinin tərkibinə yenidən baxılacaq.
Bunu İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov parlamentin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, uşaqlar üçün yaşayış minimumunun 2028-ci ildə 275 manat olacağı proqnozlaşdırılır: “İqtisadiyyat Nazirliyi yanında fəaliyyə göstərən İşçi qrup bu məsələləri diqqətdə saxlayır”.