Gələn il “Bakı Metropoliteni”nə 28 mln. manat subsidiya ayrılacaq

Azərbaycanda 2025-ci ilin dövlət büdcəsindən nəqliyyat və rabitə xərcləri üçün 515,6 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılıb.

Bu barədə “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində bildirilib.

Metroda sərnişindaşıma xidməti üzrə gediş haqqı tariflərinin artımı da nəzərə alınmaqla “Bakı Metropoliteni” QSC-nin sərnişindaşıma xidməti tarifinin maya dəyərindən aşağı olması nəticəsində yaranmış zərərin örtülməsi üçün növbəti ildə 27,7 milyon manat subsidiya nəzərdə tutulub.

MənbəAPA
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər