10 C
Baku
Wednesday, December 11, 2024

“Gələn il bank sənayesi kriptovalyuta sayəsində biznesin dəyərini $1 mlrd-dək artıracaq”

İnformasiya texnologiyaları bazarlarında ixtisaslaşmış araşdırmaçı və məsləhətçı Gartner şirkəti kriptovalyuta ilə bağlı proqnozlarını açıqlayıb.

 2020-ci ilin sonuna qədər bank sənayesi, blokçeyn əsasında qurulan kriptovalyutanın tətbiqi sayəsində biznesin dəyərini 1 milyard dollara qədər artıracaq.

“Banklar yeni maliyyə texnologiyalarından istifadə etməyə başlayan kimi bazar daha da böyüyəcək”, – deyə şirkətdən bildirilib.

Gartner-in analitikləri əmin edirlər ki, kriptovalyutalar tezliklə analoq pullarla eyni səviyyəyə çatacaq. Ekspertlər tövsiyə edirlər ki, yalnız banklara deyil, bütün müəssisələr bu proqnozu nəzərə alsınlar və planlaşdırmalarını bu yöndə həyata keçirsinlər.

©Ted.az

Son xəbərlər
Digər xəbərlər