15 C
Baku
Sunday, May 5, 2024

Gələn il cari əməliyyatlar balansının profisiti $5 milyarddan çox olacaq

2023-cü ildə Azərbaycanda cari əməliyyatlar balansının (CƏB) profisiti 5 217.3 milyon dollar proqnozlaşdırılıb.

“2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində bildirilib. Bu isə 2021-ci illə müqayisədə 37% azdır. Belə ki, ötən il CƏB-in profisiti 8 291.6 milyon dollar olub. Bu ilin ilk yarısı üzrə isə bu rəqəm 10 330.9 milyon dollar təşkil edib.

Gələn il üzrə xarici ticarət dövriyyəsinin ümumi həcmi 33 052.4 milyon dollar, burada ixracın payı 20 578.7 milyon dollar, idxalın payı 12 473.7 milyon dollar, xarici ticarət balansının profisiti isə 8 105.6 milyon dollar proqnozlaşdırılıb.

Xidmətlər balansı üzrə 1 902.4 milyon dollar, ilkin gəlirlər üzrə isə 1 427.7 milyon dollar kəsir, təkrar gəlirlər üzrə isə 442.3 milyon dollar profisit nəzərdə tutulub.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər