25 C
Baku
Friday, April 19, 2024

Gələn il dövlət rüsumu üzrə daxilolmalar 34% artacaq

2019-cu ildə dövlət rüsumu üzrə daxilolmalar 190 mln. manat nəzərdə tutulur.

Banker.az bildirir ki, məlumat 2019-cu ilin dövlət büdcə zərfində öz əksini tapıb. Sənəddə qeyd olunub ki, bu, 2018-ci ilin proqnozu ilə müqayisədə 48 mln. manat və ya 33,8% çoxdur.

“Artımın əsas səbəbi bir sıra hüquqi hərəkətlərə görə tutulan dövlət rüsumlarının məbləğlərinin artırılması, habelə fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına, mobil cihazların qeydiyyatına alınmasına, qida təhlükəsizliyi sahəsində hüquqi hərəkətlərə görə 2018-ci ildə yeni rüsumların tətbiq edilməsinin nəzərə alınması olub”, – deyə sənəddə vurğulanıb.

©Report

Son xəbərlər
Digər xəbərlər