15 C
Baku
Friday, April 26, 2024

Gələn il İKT sektoruna genişmiqyaslı güzəştlər olacaq

Gələn il Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT) sektoruna genişmiqyaslı güzəştlər tətbiq ediləcək.

Banker.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Twitter”də bildirib.

“Dəyişikliklər bu sahədə fəaliyyət göstərən şirkətlərə, bu şirkətlərdə çalışan şəxslərə vergi güzəştlərini və işçilərə məcburi sosial dövlət sığorta ödənişləri ilə bağlı güzəştləri nəzərdə tutur. Həmçinin əcnəbi mütəxəssislərin ölkə ərazisində əmək fəaliyyəti ilə məşğul olmaları üçün işəgötürənlər tərəfindən iş icazəsinin alınması tələb olunmayacaq”, -deyə o əlavə edib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər