Gələn il işsizlərə 28 milyon manat ödəniləcək.
Millət vəkili Vüqar Bayramov deyir ki, bu vəsait əmək müqaviləsi ilə çalışan və qanunla müəyyənləşdirilmiş hallarda iş yerlərini itirən vətəndaşlar üçün nəzərdə tutulub.
Bu ödənişi almaq istəyən şəxs əmək müqaviləsinin müddətinin bitməsinə görə işdən azad olunursa 2 il, hüquqi şəxs ləğv edildikdə, işçilərin sayı və ya ştatları ixtisar edildikdə və digər hallarla əlaqədar işdən azad olunduqda isə 1 ildən çox sığorta stajına malik olmalıdır. Həmçinin, sığorta ödənişi hər uşağa görə 5 faiz artırılır.
Həmin vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməklə, işsizlikdən sığorta vəsaitini ala bilərlər.







