Gələn il Milli Məclisin ezamiyyət xərcləri 2 milyon manatdan çox olacaq

2024-cü ildə Milli Məclisin ezamiyyət xərcləri 2 milyon 170 min manat təşkil edəcək.

Banker.az xəbər verir ki, “Milli Məclisin 2024-cü il üçün xərclər smetası haqqında” qərar layihəsində əksini tapıb.

Sənədə əsasən, parlamentin və onun aparatının ölkədaxili ezamiyyət xərclərinə 70 min manat, xarici ezamiyyət xərclərinə isə 2 milyon 100 min manat ayrılacaq.

Milli Məclis və onun aparatının gələn il üçün xərclər smetası isə 50 milyon 919 min 10 manat olacaq.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər