12 C
Baku
Wednesday, December 11, 2024

Gələn il pensiyaların orta aylıq məbləğlərinin artım dinamikasına dair proqnoz açıqlanıb

“Əmək pensiyalarının orta aylıq məbləğinin 2020-ci ildə 302 manat, 2021-ci ildə 332 manat təşkil edib, 2022-ci ildə 371 manat təşkil edəcəyi gözlənilir. Əmək pensiyalarının orta aylıq məbləğinin 2023-cü ildə isə 423 manat təşkil edəcəyi proqnozlaşdırılır”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Deputat bildirib ki, əmək pensiyasının minimum məbləği anlayışı pensiya təminatı sisteminə 2017-ci ildə daxil edilib:

“2017-ci ildə əmək pensiyasının minimum məbləği 110 manat, 2018-ci ildə 116 manat, 2019-cu ildə 200 manat müəyyən edilib, 2022-ci ildə isə bu məbləği 240 manata çatdırılıb. Növbəti ildə yaşa görə pensiyanın orta aylıq məbləğinin cari ildəki 399 manatdan 56 manat artaraq – 455 manata, əlilliyə görə pensiyanın 324 manatdan 45 manat artaraq – 369 manata, ailə başçısını itirməyə görə pensiyanın 328 manatdan 46 manat artaraq – 374 manata yüksəlməsi proqnozlaşdırılır. Əvvəlki illərdə olduğu kimi cari və növbəti illərdə də əvəzetmə əmsalı, yəni orta aylıq pensiya məbləğinin orta aylıq əmək haqqı məbləğinə nisbəti müvafiq olaraq 44.2% və 45.5% olmaqla Avropa Sosial Xartiyasının tələblərinə cavab verəcək. Qeyd edilən əmsal 2018-ci ildə 40.7%, 2019-cu ildə 41.5%, 2020-ci ildə 42.7% olub. Cari və növbəti il üzrə pensiyaların orta aylıq məbləğlərinin artım dinamikası müvafiq olaraq, 11.7 % və 14.1 % səviyyəsində qiymətləndirilir”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər