20 C
Baku
Thursday, May 2, 2024

Gələn ildən dərman vasitələrinin təqib və izləmə sistemi tətbiq ediləcək

Dərman vasitələrinin təqib və izləmə sistemi yaradılacaq və gələn ildən tətbiq ediləcək.

Bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Dərman vasitələri haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti 4 ay müddətində “Dərman vasitələrinin təqib və izləmə sistemi”nin Əsasnaməsini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq edəcək.

Həmçinin, NK 4 ay ərzində “Dərman vasitələrinin təqib və izləmə sistemi”nin formalaşdırılması, aparılması və saxlanılması ilə əlaqədar xərclərin cari ildə dövlət büdcəsində nəzərdə tutulmuş vəsait çərçivəsində maliyyələşdirilməsi üçün, növbəti illərdə isə dövlət büdcəsi layihələrində müvafiq vəsaitin nəzərdə tutulması üçün tədbirlər görəcək.

Səhiyyə Nazirliyinə isə “Dərman vasitələrinin təqib və izləmə sistemi”nin yaradılmasını 2024-cü il yanvarın 1-dək təmin etmək və həmin informasiya sisteminin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası üçün Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə zəruri tədbirlər görmək tapşırılıb.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər