16 C
Baku
Monday, May 6, 2024

Gələn ildən dövriyyəyə yeni avro sikkələri daxil olacaq

2023-cü il yanvarın 1-dən etibarən “qartallı” (rəqəm yazılmayan) tərəfində yeni təsvirlər olan avro və avrosent sikkələri dövriyyəyə daxil olacaq.

Bu, Aİ üzvü olan daha bir ölkənin – Xorvatiyanın gələn ildən etibarən rəsmən avrozonaya qoşulması ilə bağlıdır.

Beləliklə, ümumavropa valyutası bu Balkan dövlətinin ərazisində tədiyə vasitəsi olacaq, həm də ilk dəfə olaraq Xorvat avro sikkələri yaranacaq. 10 sentlik və 50 sentlik sikkələrin dəyəri göstərilən tərəfində görkəmli fizik, mühəndis və ixtiraçı Nikola Teslanın obrazı həkk ediləcək. Nominal dəyəri 1 avro olan sikkənin bəzəyi dələ təsviri, nominal dəyəri 2 avro olan sikkənin bəzəyi isə Xorvatiyanın konturları olacaq.

MənbəAzertac
Son xəbərlər
 ⁠
Digər xəbərlər