5 C
Baku
Saturday, December 14, 2024

Gələn ilin birinci yarısından Ələt Azad İqtisadi Zonasında karqo terminalları istifadəyə veriləcək

“Gələn ilin birinci yarısından Ələt Azad İqtisadi Zonasında karqo terminalları istifadəyə veriləcək”.

Bunu Bakıda keçirilən Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 8-ci iclasında Ələt Azad İqtisadi Zonasının (ƏAİZ) Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov bildirib.

V.Ələsgərov rumıniyalı investorları ƏAİZ-də fəaliyyət göstərməyə dəvət edib: “Bura Rumıniyadan sonra onlar üçün ən əlverişli yer olacaq. 2026-cı ilin birinci yarısından ƏAİZ-də istifadəyə veriləcək karqo terminallar vasitəsilə ilkin mərhələdə ildə 500 min ton yük daşınacaq və gələcəkdə bu həcm təxminən 1.5 milyon tona çatdırılacaq”.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər