“Ali təhsil müəssisələrinə gələn il üçün qəbul imtahanlarının cədvəli Elm və Təhsil Nazirliyi ilə razılaşdırılıb dekabrın 15-nə qədər ictimaiyyətə təqdim ediləcək”.
Bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, hazırda imtahan vaxtları ilə bağlı müvafiq təşkilatlarla danışıqlar və dəqiqləşdirmələr aparılır: “İmtahanlar kütləvi proses olduğu üçün yalnız bizdən asılı deyil”.