İnsayderlər 2020-ci ilin əvvəlində iPhone SE 2 smartfonunun seriya buraxılışının başlayacağı barədə məlumatları səsləndiriblər.
Xarici mətbuata istinadən xəbər verilir ki, çoxdan gözlənilən yeniliyin satışının başlanğıcı mart ayının sonuna qədər keçiriləcək, lakin istehsalçılar cihaz haqqında heç bir ətraflı məlumat açıqlamırlar. İnternet şəbəkədə dəfələrlə üslubca iPhone 8-ə bənzəyən iPhone 2 smartfonunun yeni versiyasının dizaynı barədə fərziyyələr səsləndirib.
Gacetin əsas üstünlüyü, burada məhsuldarlıq səviyyəsinin və parametrlərin iPhone 11 modelinə uyğun olmasıdır. Smartfonun “ürəyi” kimi Apple A13 Bionic çipi ilə 3 GB operativ yaddaş çıxış edəcək. Həmçinin, yenilik kompakt 4,7 düym yüksək göstəricili ekran alacaq. Smartfonun qiyməti təxminən 400 dollar təşkil edəcək.
©Ted.az