Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə “Topdansatış ticarət fəaliyyəti sahıəsində vergi tutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” və ” İstehsalat fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” təsdiq edilib. Belə ki, yeni qadalara görə tətbiq edilən yeni ciddi hesabat blanklarına “Malların təhvil -qəbul aktı”; “Malların təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası yük avtonəqliyyatı üçün yol vərəqi malların qaytarılması aktı”; “İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş, oğurlanmış mallar barədə akt”; “Fövqəladə hallarda malların itməsi əskik gəlməsi xarab və ya zay olması barədə akt” aiddir.
Qeyd edək ki, yeni Qaydalar iyul ayının 15-dən etibarən qüvvəyə minəcək.