22 C
Baku
Friday, April 26, 2024

Gəlirləri artan “Azercell”in ödədiyi verginin həcmi azalıb

“Azercell Telekom” MMC 2019-cu il ərzində 130,3 mln. manatlıq mənfəət əldə edib.

Banker.az bu barədə telekommunikasiya şirkətinin maliyyə hesabatına istinadən xəbər verir.

“Azercell” 2019-cu il ərzində əldə etdiyi mənfəətdən dövlətə cəmi 29,12 mln. manatlıq mənfəət vergisi ödəyib. Bu da 2018-ci il ərzində ödədiyi 35,5 mln. Manatdan 18% daha az olması deməkdir. Lakin, bildirək ki, “Azercell”in 2018-ci il üzrə mənfəəti 135,7 mln. manat idi.
Mənfəəti öncəki ildən az olunca, xalis mənfəəti isə öncəki ildən 1 mln. manat daha çox olub – 101,2 mln. manat.

Qeyd edək ki, “Azercell” 2019-cu ildə 435,7 mln. manatlıq gəlir (2018: 421,2 mln. manat) və 306,7 mlnş manatlıq xərci (2018: 286,2 mln. ) olub.

“Azercell Telecom” MMC – 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 42,08 milyon manatdır. Şirkətin səhmlərinin 51,3%-i Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “AzInTelecom” MMC-yə, 42,2%-i Türkiyənin “Cenay İletisim” şirkətinə, 6,5%-i isə Maltanın “FA Invest” şirkətinə məxsusdur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər