7 C
Baku
Thursday, December 12, 2024

“Gəmiqaya Holdinq”in daha bir şirkəti nizamnamə kapitalını azaldır

Gəmiqaya Holdinq Şirkətlər İttifaqının daha bir şirkəti kapitalını geri çəkir.

Banker.az xəbər verir ki, “Bakı Satış Mərkəzi” MMC nizamnamə kapitalının 200 manata azaldığını elan edir.

Qeyd edək ki, bundan əvvəl Gəmiqaya Holdinq Şirkətlər İttifaqının 12 şirkəti nizamnamə kapitalını azaltmışdır.

Xatırladaq ki, mərkəzi Naxçıvan şəhərində yerləşən Holdinq, 2008-ci ilin dekabr ayında təsis edilmişdir. Hazırda 14 şirkəti özündə birləşdirən “Gəmiqaya Holdinq” Azərbaycanda və digər ölkələrdə tikinti, sənaye, qida, ticarət və aqrar sahələrində fəaliyyət göstərir.

 

Son xəbərlər
Digər xəbərlər