“Gəmiqaya İnşaat”dan 10 şirkət ayrıldı

“Gəmiqaya İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti yenidən təşkil olunur.

Banker.az xəbər verir ki, tərkibindən yenidən təşkilin ayrılma formasında “Bərəkət Bazarlama-Anbar” MMC-nin, “Avto GL” MMC-nin, “Reges Əmlak” MMC-nin, “Badamlı Zavod-Anbar” MMC-nin, “Home Office-1” MMC-nin, “Home Office-2” MMC-nin, “Home Office-3” MMC-nin, “Home Office-4” MMC-nin, “Home Office-5” MMC-nin və “Home Office-6” MMC-nin ayrılması nəticəsində yenidən təşkil olunduğunu elan edir.

Xatırladaq ki, “Gəmiqaya İnşaat” MMC “Gəmiqaya Holdinq”ə daxildir. “Gəmiqaya Holdinq”in də adı dəyişdirilərək “Arkoz Holdinq” olub.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər