“Gəncə Aqro 2” şirkətinin xalis mənfəəti 34%-dən çox azalıb

“Gəncə Aqro 2” MMC 2025-ci ili 170 847 manat xalis mənfəətlə başa vurub. Şirkət 2024-cü ildə 260 172 manat xalis mənfəət əldə etmişdir ki,  bu da illik müqayisədə 34.3% azalma deməkdir.

Banker.az bu barədə MMC-nin maliyyə hesabatına istinadən xəbər verir.

2024-cü ildə “Gəncə Aqro 2” MMC-nin əsas əməliyyat gəlirləri 1 milyon 597 min manat ikən, 2025-ci ildə isə 1 milyon 375 min manat olub. (14% azalma)

Hesabat dövründə “Gəncə Aqro 2” MMC-nin cəmi aktivləri 8 milyon 570 min manatdan 14 milyon 20 min manata, cəmi öhdəlikləri 276 min manatdan 297 min manata, cəmi kapitalı isə 8 milyon 512 min manatdan 14 milyon 155 min manata çatıb.

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər