10 C
Baku
Wednesday, December 11, 2024

“Gəncə Bazar”da mənşəyi məlumat olmayan və vaxtı keçmiş məhsullar aşkarlanıb

Gəncə şəhəri, Ş.Bahəddin küçəsi 22 ünvanında fəaliyyət göstərən, “Gəncə Bazar” ASC-yə məxsus ticarət mərkəzində sanitariya norma və qaydalarının, gigiyena normativlərinin kobud şəkildə pozulduğu, mal qonşuluğu qaydalarına riayət edilmədiyi, həmçinin yararlılıq müddəti bitmiş kolbasa məmulatları, mənşəyi məlum olmayan turşu məhsulları və kərə yağı adı altında bitki tərkibli spred yağların satışa çıxarıldığı aşkar olunub.

Banker.az bu barədə Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.

Agentlikdən verilən məlumata əsasən, faktlarla bağlı müəssisənin rəhbəri barəsində inzibati protokol tərtib edilib, yararlılıq müddəti bitmiş və mənşəyi məlum olmayan məhsulların satışının qarşısı alınaraq məhv edilib, uyğunsuzluqların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.

Araşdırmalar davam etdirilir.

Son xəbərlər
Digər xəbərlər