15 C
Baku
Friday, April 26, 2024

“Gəncə Xalça Kombinatı” özəlləşdirildi – Büdcəyə 7,5 mln. ₼ ödəniləcək

15 avqust 2022-ci il tarixində “Gəncə Xalça Kombinatı” MMC-dəki dövlətə məxsus payların satışı üzrə investisiya müsabiqəsi elan edilib.

Banker.az Əmlak Məsələləri Dövlət Xidməti nə istinadən xəbər verir ki, Müsabiqə Komissiyasında iddiaçıların təkliflərinə baxılaraq açıq səsvermə yolu ilə “Gəncə İlməçi” Məhdud Məsuliyyətli Cəmiyyəti investisiya müsabiqəsinin qalibi elan edilib.

Müsabiqə qalibi ilə imzalanmış alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq, investor dövlət büdcəsinə 7,5 milyon manat məbləğində vəsaitin köçürülməsini, ümumi həcmi 22 milyon manat olan iki illik İnvestisiya Proqramının icrasını, müəssisənin dövlət büdcəsinə olan borclarının tənzimlənməsini, habelə digər sosial-iqtisadi öhdəliklərin yerinə yetirilməsini üzərinə götürüb.

İnvestisiya Proqramına əsasən, müəssisədə yeni istehsal və xidmət sahələri (korpuslar, sexlər, anbarlar və s.) istifadəyə veriləcək, müəssisəyə müasir xalçaçılıq avadanlıqları, habelə müxtəlif digər texnoloji qurğular, maşın-mexanizmlər, cihazlar, nəqliyyat vasitələri alınacaq, məhsulların nümayişi və satışının təşkili üçün sərgi-satış salonu yaradılacaqdır. Müəssisənin infrastruktur təminatı tam yenilənəcək, xammal, material, komplektləşdiricilər alınacaq, ərazidə abadlıq işləri görüləcək, işçilərin şəraitinin yaxşılaşdırılması üçün yeni yeməkxana binası istifadəyə veriləcək.

İnvestisiya Proqramının icrası nəticəsində müəssisədə ildə 1200-1500 kvadratmetr xalça məmulatlarının (palaz, kilim, gəbə, namazlıq və s.) istehsalı planlaşdırılır ki, bu məqsədlə 150-dən artıq işçi cəlb olunacaq. İstehsal olunan məhsulların ixrac edilməsi də nəzərdə tutulur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər