22 C
Baku
Friday, April 26, 2024

Gəncədə bank kartlarından pul oğurlayan şəxs tutulub

Dələduzluqda şübhəli bilinən Goranboy rayon sakini Ə.Əzizov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 21-də və 26-da rayon sakinləri olan 2 nəfərin bank kartlarından ümumilikdə 366 manatlarını çıxararaq oğurlamaqda şübhəli bilinən Goranboy rayon sakini Ə.Əzizov saxlanılıb.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 21-dən martın 25-dək olan müddətdə 4 nəfərə qarşı dələduzluq etməsi də müəyyən edilib.

©Ona.az

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər