Gəncədə Nizami küçəsi, ev 70 ünvanında fəaliyyət göstərən, Məmmədova Fidan Çingiz qızına məxsus “Nostalji” restoranında həyata mal qonşuluğu prinsipinin, sanitariya norma və qaydalarının, gigiyena normativlərinin pozulduğu aşkar edilib.
Banker.az bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
Agentlikdən verilən məlumata əsasən, restoranda soyuducu kameralarda qida xammalı və yarımfabrikatların hazır yeməklərlə birgə saxlanıldığı, sanitar qovşağına girişin birbaşa emal və istehsal prosesləri gedən sahələrdən olduğu, mətbəxdə məişət tullantıları üçün hermetik zibil qabların quraşdırılmadığı, eyni zamanda işçi heyətin ilkin və dövrü olaraq tibbi müayinədən keçmədiyi və gigiyena qaydalarına əməl etmədən fəaliyyət göstərdiyi müəyyən olunub.
Faktla bağlı sahibkar barəsində inizibati protokol tərtib edilib, pozuntuların aradan qaldırılması və müəssisənin qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə uyğunlaşdırılması barədə icrası məcburi göstərişlər verilib. Araşdırmalar davam edir.