15 C
Baku
Saturday, April 20, 2024

Gəncədə restoran sahibi cərimələnib

Gəncə şəhəri, Radiostansiya qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Xələfova Gülnarə İlham qızına məxsus “Maralgöl” restoranında planlı yoxlama keçirilib.

Banker.az bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir.

AQTA-dan verilən məlumata əsasən, yoxlama zamanı sanitariya norma və qaydalarına, gigiyena normativlərinin tələblərinə, mal qonşuluğu prinsipinə əməl edilmədiyi, həmçinin istifadə müddəti bitmiş alkoqolsuz içkilər aşkar olunub.

Faktla bağlı istehlaka yararsız məhsullardan istifadənin qarşısı alınıb, icrası məcburi göstərişlər verilib və sahibkar barəsində inzibati tədbir görülüb.

Son xəbərlər
Digər xəbərlər